Azərbaycanda Satınalma Xidmətləri

ASCON Azərbaycanda uyğunlaşdırılmış satınalma xidmətləri və innovativ satınalma həlləri təklif edir. Biz satınalma proseslərinin sadələşdirilməsi, tədarük zəncirlərinin optimallaşdırılması və sərfəli mənbələrin təmin edilməsi üzrə ixtisaslaşmışıq. AAzərbaycanın unikal biznes proseslərini nəzərə alaraq, satınalma əməliyyatlarında şəffaflıq, uyğunluq və səmərəliliyi təmin edirik. İstər layihə, istərsə də davam edən satınalma ehtiyacları üçün tədarük zəncirinin formalaşdırlması mütəxəsislərimiz tərəfindən həyata keçirilir. Azərbaycanda və dünya bazarında Satınalma Xidmətlərimiz üçün əsas məqamlar aşağıda qeyd edilmişdir.
• Satınalma planının və strategiyasının müəyyənləşdirilməsi
• Risklərin proqnozlaşdırılması
• Strateji təchizatçı mənbələrinin təyini
• Təchizatçıların seçimi və danışıqların aparılması
• Müqavilə idarəetməsi
• Proseslərin idarəsi və izlənməsi
• Rəqəmsal təchizat zənciri

ASCON MMC

Biz müştəri yönümlü çalışan, iddialı və əldə ediləcək nəticələrə köklənmiş Təchizat Zəncirini İdarəetmə şirkətiyik.

Bizi izləyin