UĞUR HEKAYƏMİZ

Biz kimik

ASCON artıq 6 ildir yaradılıb və biz o vaxtdan 10 ildən çox təcrübəsi olan komandamızla birgə vizyonumuzu reallaşdırmaq missiyasındayıq. Böyük bir şirkət və ya tək bir şəxs olmağınızdan asılı olmayaraq, şirkətin birinci dəyəri hər biriniziə məsuliyyətlə yanaşmaqdır. Hər bir proses və hər bir addım bütün komanda üzvlərimiz üçün əhəmiyyətlidir. Bizim missiyamız bütün dünyada innovativ satınalma xidmətləri, sadələşdirilmiş logistika və gömrük xidmətləri göstərməklə qlobal təchizat zəncirini optimallaşdırmaqdır. ASCON üzvləri Təchizat zəncirinin idarə edilməsi sistemində təchizatçı, müştəri münasibətləri və ən optimal həllərin təmin edilməsi sahəsində yüksək peşəkarlığa malikdirlər.

Biz müştəri yönümlü çalışan, iddialı və əldə ediləcək nəticələrə köklənmiş Təchizat Zəncirini İdarəetmə şirkətiyik. Məsləhətlərimiz spesifik, xidmətimiz isə praktikdir.

ASCON olaraq biz sadəcə təchizat zənciri şirkəti deyilik – biz müəssisələrin satınalma, logistika və gömrük rəsmiləşdirilməsi xidmətlərini idarə etmə üsullarının sadələşdirilməsi, optimallaşdırılması və yenidən müəyyənləşdirilməsində sizin xüsusi tərəfdaşınızıq. Yolumuz sadə, lakin güclü vizyonla başlayır: təchizat zəncirlərini biznesin uğurunu təmin edən çevik, səmərəli və davamlı qüvvələrə çevirmək.

ASCON -da Siz bütün idarəetmə sistemini əldə edə bilərsiniz – bu satınalma strategiyasından başlayır, təchizatçı münasibətləri və onların idarə edilməsi, müqavilə danışıqları, müvafiq nəqliyyat alternativləri, proseslərin izlənilməsi ilə davam edərək sonda gömrük rəsmiləşdirilməsini də əhatə edir.

Dəyərlərimiz

Məsuliyyətli olmaq: Sahiblik edirik
Suallarınızı cavablandırmaq: Biz cavab verməyə hazırıq
Praqmatik: Lazımı və işlək olan həll yolları ilə işləyirik
Mütəxəssis: Bilikli və etik kollektivimizlə işlərin öhdəsindən gəlirik
Komanda işi: İşlərimizi hər zaman birlikdə və motive olmuş şəkildə idarə edirik

Bizim komandamız

Ayshen Jabrayilova
Ayşən Cəbrayılova
İcraçı Direktor
Malik Gurbanov
Malik Qurbanov
Hüquqi İşlər üzrə Menecer
Sakina Guliyeva
Səkinə Quliyeva
Təchizat Zənciri üzrə Menecer
Fidan Mursalzade
Fidan Mürsəlzadə
Logistika və Gömrük Mütəxəssisi
ŞƏBƏKƏ HAQQINDA

Şirkət

Ascon, bazarda 6 ildən artıqdır və komandanın 10+ illik təcrübəsi ilə vizyonumuzu həyata keçirməyə sadiqdir.

"Tanınmış mükəmməllik."

"Bizim təməlimiz, etibarınızdır."

"Ruh dincliyinizi təmin etmək."

"Uğur qazandıran bilik."

ASCON MMC

Biz müştəri yönümlü çalışan, iddialı və əldə ediləcək nəticələrə köklənmiş Təchizat Zəncirini İdarəetmə şirkətiyik.

Bizi izləyin